Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək

Cəmiyyət
19:19 / 01.07.2025
7533
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevin dəvəti ilə 2-4 iyul tarixlərində Azərbaycana gələcək.
Sfera.az xəbər verir ki, bu haqda Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində Özbəkistan liderinin İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşündə iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, sammitə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatılması gözlənilir.