“Koroğlu körpüsü”ndə çatlar yaranıb? - VİDEO

Cəmiyyət
18:22 / 01.07.2025
6703
Bakıda ən çox istifadə olunan körpülərdən birində təhlükəli vəziyyət yaranması haqda məlumat yayılıb.
Sfera.az-ın məlumatına görə, Baku.ws-ə daxil olan videoda bildirilib ki, metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən və “Koroğlu körpüsü” kimi tanınan körpüdə iri çatlar əmələ gəlib.
Oradakı vəziyyətin avtomobillər üçün kifayət qədər təhlükəli olması, hər hansı xırda hərəkətliliyin ağır nəticələrə səbəb ola biləcəyi qeyd edilib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Bu aşırım qurğusunun konsol dayağa oturacaq hissəsində dayaqla aşırım qurğusu arasındakı deformasiya tikişidir (tempratur şovu). Çat deyil, belə olmalıdır”.