AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia

AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia

Minval.az redaksiyasına anonim məktub daxil olub.

 

Sfera.az sözügedən sayta istinadla xəbər verir ki, anonim məktubda 2024-cü ilin dekabrında qəzaya uğrayan AZAL-a məxsus Embraer E190 təyyarəsinin Rusiya Silahlı Qüvvələrinin “Pantsir-S” zenit-raket kompleksi tərəfindən vurulduğunu təsdiqləyən materiallar yer alıb.

 

Məktubda Hava Hücumundan Müdafiə kapitanının izahatı, atəş anını əks etdirən videoyazı, audiofayllar və digər sənədlər təqdim olunub. Bu materiallara əsasən, atəş Rusiya Müdafiə Nazirliyinin birbaşa göstərişi ilə açılıb.

 

Redaksiya təqdim olunan materialların orijinallığını müstəqil şəkildə təsdiqləyə bilməsə də, onların ictimai əhəmiyyətini nəzərə alaraq yaxın günlərdə dərc etməyi planlaşdırır.

 

Eyni zamanda Minval.az redaksiyası həmin materialların Azərbaycan Respublikasının faciənin araşdırılması ilə məşğul olan aidiyyəti qurumlarına təqdim olunmasına hazır olduğunu bəyan edir.


OXŞAR XƏBƏRLƏR

Rusiyada saxlanılan Şıxlinskinin oğlu mediaya danışdı

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıq...

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...

Putin Makronla telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu barədə Yelis...