Səfərov qardaşlarının vida mərasimi başladı

Cəmiyyət
10:00 / 01.07.2025
3117
Ağcabədidə Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşları ilə vida mərasimi keçirilir.
Sfera.az bildirir ki, “Report"un Qarabağ bürosunun məlumatına görə, vida mərasimində mərhumların ailə üzvləri, doğmaları, Ağdam və Ağcabədi rayonları ictimaiyyətinin nümayəndələri iştirak edirlər.
Səfərov qardaşları Hacıbədəlli kənd qəbiristanlığında dəfn olunacaqlar.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşlarının Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, çox sayda azərbaycanlı həbs edilib.