Bu şəxslərə yeni mənzillər veriləcək - RƏSMİ

Bu şəxslərə yeni mənzillər veriləcək - RƏSMİ

"Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il daha 1000 mənzil verilməsi nəzərdə tutulub".

 

Sfera.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin beş illiyinə dair keçirilən mətbuat konfransında deyib.

O xatırladıb ki, dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı nazirlik tərəfindən icra olunan sosial dəstək paketi çərçivəsində mənzil və fərdi evlə təminat proqramı 5 dəfə genişlənib:
 

"Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 6.8 min, ümumən ötən dövrdə 16 minədək mənzil təqdim edilib. Eyni zamanda Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə son 5 ildə 435 mənzil təqdim edilib. Paralel olaraq gözdən əlilliyi olan şəxslərin də sosial təminatı mütəmadi gücləndirilir, onların mənzillə təminatı həyata keçirilir. 
 

Gözdən əlilliyi olan şəxslərə Bakı şəhəri və Abşeron rayonundakı yeni yaşayış komplekslərindən 539 mənzil təqdim edilib və proses davam etdirilir. Dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum şəxslərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində də işlər davam etdirilir.

 

Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli Sərəncamı ilə bu kateqoriyadan olan vətəndaşların yeni yaşayış komplekslərindən mənzillə təminatı tədbirləri həyata keçirilir. 
 

Sərəncamın icrası çərçivəsində son 5 ildə bu kateqoriyadan olan şəxslərə 283 mənzil təqdim edilib. Ümumilikdə isə ötən dövrdə 650-yə yaxın bu kateqoriyadan olan şəxs mənzillərlə təmin edilib və proses davam etdirilir". (Oxu.az)


OXŞAR XƏBƏRLƏR

Hərbi prokuror bayram günləri sərhədlərdə - FOTO

Baş prokurorun müavini - hərbi prokuror ədliyyə polkovniki Bəhruz Əhmədov müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəye...

Özbəkistan prezidenti Azərbaycana gəlir

Özbəkistan Prezidenti Şövkət Mirziyayev Azərbaycana səfərə gəlir.   Sfera.az istinadən xəbər verir ki, o, səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkila...

Rus Mədəniyyət Mərkəzi qanuna əməl etmir? - VİDEO

Bakıda fəaliyyət göstərən Rus Mədəniyyət Mərkəzi qanunun tələblərini pozur.   Sfera.az xəbər verir ki, bu barədə “Baku TV” süjet hazırlay...

Yeni virusun əlamətləri nələrdir?

Son günlər uşaqlar arasında parvovirus infeksiyasının yayılması müşahidə edilir.   Sfera.az xəbər verir ki, valideynlərin verdiyi məlumata görə, bu v...

Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı paylaşım etdi - FOTO

"Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən etnik azərbaycanlılara qarşı həyata keçirilən zorakılıq, işgəncə və qeyri-insani rəftar, hətta ölümlə nəticəl...

Azərbaycan və Ukrayna arasında məsləhətləşmələr aparıldı

Bakıda Azərbaycanın və Ukraynanın xarici işlər nazirlikləri arasında sayca yeddinci konsulluq məsləhətləşmələri keçirilib.   Bu barədə Sfera.az-a Azə...