Rüfət Səfərovun məhkəməsi keçirildi


Rüfət Səfərovun məhkəməsi keçirildi

Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Sfera.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə Rüfət Səfərovun anket məlumatları dəqiqləşdirilib.

 

Prosesdə vəkil Elçin Sadıqov Rüfət Səfərovun yanında əyləşməsi üçün vəsatət verib. Məhkəmə vəsatəti təmin edib. Vəkil Rüfət Səfərovun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.

 

Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul olunub.

 

Növbəti məhkəmə prosesi iyulun 14-ə təyin olunub.

 

Qeyd edək ki, ötən ilin dekabrın 3-də Natiq İmamquliyev Rüfət Səfərov barəsində Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə şikayət edib. Natiq İmamquliyev şikayətində 60 min manatını Rüfət Səfərovun ələ keçirdiyini iddia edib. Rüfət Səfərov isə onu tanımadığını deyib.

 

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) 127.2.3-cü (ümumi təhlükəli üsulla və yaxud xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.


OXŞAR XƏBƏRLƏR

Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı paylaşım etdi - FOTO

"Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən etnik azərbaycanlılara qarşı həyata keçirilən zorakılıq, işgəncə və qeyri-insani rəftar, hətta ölümlə nəticəl...

Azərbaycan və Ukrayna arasında məsləhətləşmələr aparıldı

Bakıda Azərbaycanın və Ukraynanın xarici işlər nazirlikləri arasında sayca yeddinci konsulluq məsləhətləşmələri keçirilib.   Bu barədə Sfera.az-a Azə...

"Sputnik Azərbaycan"dakı əməliyyatla bağlı RƏSMİ AÇIQLAMA

“Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa d...

İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib - FOTO

“Azərsun Holdinq” şirkətlər qrupu “Azərşəkər” və “Evim” markalı qənd məhsullarının istehsal edildiyi İmişli Kəllə Qənd Zavod...

Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlanıb

Milli Məclisin növbədənkənar sessiyasının iyulun 4-də keçiriləcək növbəti iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, gündəliyə 17...

Azərbaycan Konstitusiya Məhkəməsinə hakimlər təyin ediləcək

Azərbaycan Konstitusiya Məhkəməsinə hakimlər təyin ediləcək.   Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin iyulun 4-də keçiriləcək iclasının gü...