Növbəti 4 gün ardıcıl tətil bu tarixdə olacaq

Növbəti 4 gün ardıcıl tətil bu tarixdə olacaq

Azərbaycanda növbəti bayram tətili noyabrda olacaq.

 

Sfera.az xəbər verir ki, noyabrda 4 gün ardıcıl istirahət nəzərdə tutulur. 

 

İyul, avqust, sentyabr və oktyabr aylarında qeyri-iş günü olan bayram yoxdur. Bu müddətdə yalnız 20 sentyabr - Dövlət Suverenliyi Günü və 18 oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Günü qeyd olunur, lakin onlar iş günləridir.

 

Növbəti qeyri-iş günləri 8 və 9 noyabr olacaq, yəni Zəfər Günü və Dövlət Bayrağı Günü. Hər iki gün şənbə və bazara təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən tətil 10 və 11 noyabra keçirilir. Beləliklə, 8-11 noyabr tarixlərində ölkədə ardıcıl 4 gün istirahət olacaq.

 

Bundan əlavə olaraq, 12 noyabr - Konstitusiya Günü iş günü və ilin sonuncu qeyri-iş günü isə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü olacaq. Milli.az

 


OXŞAR XƏBƏRLƏR

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı dəyişdi

2026-cı ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib.   Sfera.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı mə...

"Sputnik-Azərbaycan”nın ofisində keçirilən əməliyyat görüntüləri – VİDEO

Daxili İşlər Nazirliyinin "Sputnik-Azərbaycan" agentliyinin ofisində keçirdiyi əməliyyat çərçivəsində polis əməkdaşları redaksiyanın qarşısında dayanı...

"Rusiya azərbaycanlıları hədəf alıb"

Bir zamanlar Qarabağda “sülhməramlı missiya” adı ilə fəaliyyət göstərən qüvvələrin indi dinc azərbaycanlılara qarşı zorakılıq və təxribatlarla yadda...

Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb

Polisin "Sputnik Azərbaycan" agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keç...

“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi

Veysəloğlu Şirkətlər Qrupunda (VŞQ) elan edilən “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA)...

Məktəbli formaları ucuzlaşdı: Yeni qiymətlər...

Bakı Tikiş Evinin (BTE) məktəbli formalarına tətbiq etdiyi yeni endirimli satış qiymətləri məlum olub.   Sfera.az xəbər verir ki, bu barədə Oxu....