Sabahdan Azərbaycanda sosial müavinətlər artırılır

Sabahdan Azərbaycanda sosial müavinətlər artırılır

Xəbər verdiyimiz kimi, Azərbaycanda sosial müavinətlər artırılıb.

 

Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə "Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında edilən dəyişiklikdə əksini tapıb.

 

Fərmana əsasən, iyulun 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilib:

- orqanizmin funksiyalarının 81-100 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 manat, orqanizmin funksiyalarının 61-80 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 manat, orqanizmin funksiyalarının 31-60 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 manat;

- ailə başçısını itirməyə görə 140 manat;

- müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına 140 manat;

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) 140 manat;

- bir yaşınadək uşağı olan aztəminatlı ailələrə hər uşaq üçün 140 manat;

- beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 140 manat;

- övladlığa götürülən uşağa (18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar istisna olmaqla) görə 240 manat;

- himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə: 0-6 yaş arası uşağa görə 500 manat, 7-13 yaş arası uşağa görə 600 manat, 14-18 yaş arası uşağa görə 650 manat;

- uşağın anadan olmasına görə 600 manat;

- dəfn üçün 600 manat.


OXŞAR XƏBƏRLƏR

Elarizin qızı məhkəmədə ifadə verdi

Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham olunan 33 yaşlı birjaçı Nizami Alışanın cinayət işi üzrə məhkəmə istintaqı qaldığı y...

Dünənki qəzada həlak olan vəzifəli şəxs və sərnişinin- FOTOSU

Xəbər verdiyimiz kimi, iyunun 29-u Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, daha 2 nəfər xəsarət alıb.   Sfera.az ...

Biləsuvarda mopedlə narkokuryerlik edən şəxs saxlanıldı – FOTO

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ardıcıl əməliyyat tədbirləri keçirilib.   Sfe...

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı dəyişdi

2026-cı ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib.   Sfera.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı mə...

"Sputnik-Azərbaycan”nın ofisində keçirilən əməliyyat görüntüləri – VİDEO

Daxili İşlər Nazirliyinin "Sputnik-Azərbaycan" agentliyinin ofisində keçirdiyi əməliyyat çərçivəsində polis əməkdaşları redaksiyanın qarşısında dayanı...

"Rusiya azərbaycanlıları hədəf alıb"

Bir zamanlar Qarabağda “sülhməramlı missiya” adı ilə fəaliyyət göstərən qüvvələrin indi dinc azərbaycanlılara qarşı zorakılıq və təxribatlarla yadda...