Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Azərbaycanın Rus icması Yekaterinburqda Rusiya güc strukturlarının qəddarlığını qətiyyətlə pisləyib.

 

Sfera.az xəbər verir ki, bu barədə icmanın bəyanatında deyilir.

 

Bəyanatda xatırladılır ki, iyunun 27-də Yekaterinburqda hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkətləri nəticəsində Azərbaycanəsilli vətəndaşlar – Azərbaycan və Rusiya vətəndaşları həlak olub və xəsarət alıblar.

 

“Azərbaycanın Rus icması həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və baş verənlərlə bağlı ciddi narahatlığını ifadə edir. Biz vəzifəli şəxslər tərəfindən hər hansı qanunsuz və qeyri-mütənasib, xüsusilə də insanların ölümünə səbəb olan hərəkətləri qətiyyətlə pisləyirik. Cinayətkarlıqla mübarizə vacib vəzifədir, lakin o, qanun çərçivəsində, hər kəsin hüquq və ləyaqətinə hörmətlə aparılmalıdır. İnsan tələfatına səbəb olan güc tətbiqi hüquqi dövlətdə yolverilməzdir. Yekaterinburqdakı hadisələr fonunda xüsusilə narahatedicidir ki, hakimiyyətin ayrı-ayrı nümayəndələrinin məsuliyyətsiz hərəkətləri səbəbindən müttəfiq və dostluq əlaqələri ilə bağlı olan dövlətlər arasındakı münasibətlər zərər çəkir”, – icma bildirib.

 

Bəyanatda vurğulanır ki, xüsusilə Rusiyanın tarixi və mədəni əlaqələri olan xalqlara qarşı qəddarlıq və ayrı-seçkiliyin təzahürləri məyusedicidir:

 

“Biz cinayətkarlıqla mübarizə bəhanəsi ilə etnik qrupların damğalanmasına qəti şəkildə qarşıyıq. Anlayışların dəyişdirilməsi və "etnik cinayətkarlıq" terminindən istifadə bərabərlik və millətlərarası etimadın əsaslarını sarsıdan təhlükəli presedentdir. Azərbaycanda insanlara qarşı belə qəddar davranış təsəvvüredilməzdir. Burada dövlətdən tutmuş cəmiyyətə qədər bütün səviyyələrdə rus mədəniyyətinə və dilinə hörmətlə yanaşılır. Rus məktəbləri, teatrları, mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Rusdilli vətəndaşlar özlərini cəmiyyətin tam hüquqlu üzvü hiss edirlər. Son ayların hadisələri getdikcə daha narahatedici tendensiya formalaşdırır. Əvvəllər bizi Qazaxıstanın Aktau şəhərində Bakıdan Qroznıya uçan "Azərbaycan Hava Yolları" aviaşirkətinin “Embraer 190” sərnişin təyyarəsinin qəzaya uğraması faciəsi sarsıtmışdı. O zaman həm də Azərbaycan vətəndaşları həlak olmuş və xəsarət almışdılar. İndiyədək Rusiyanın rəsmi strukturlarından nə üzrxahlıq, nə də aydın izahat gəlməyib. Belə susqunluq dost dövlətin vətəndaşlarının həyatına və ləyaqətinə etinasızlıq kimi qəbul edilir. Azərbaycanın Rus icması Yekaterinburqda baş verənlərin obyektiv və şəffaf araşdırılmasına çağırır. Biz əminik ki, aşkarlıq, ədalət və insan həyatına hörmət böhranın aradan qaldırılması və xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi üçün əsas olmalıdır”.


OXŞAR XƏBƏRLƏR

Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi&qu...

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...

Qaxda çoban iti sakinlərə hücum etdi - Durumları ağırdır

İki nəfər Qax sakininə it hücum edib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Cüdüllü kəndində fermada baş verib.  ...