Beyninə qan sızan aktyordan XƏBƏR VAR


Beyninə qan sızan aktyordan XƏBƏR VAR

Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyev sabah xəstəxanadan evə buraxılacaq.

 

Sfera.az-ın məlumatına görə, bu barədə "Report"a aktyorun bacısı Dilarə Əliyeva məlumat verib.

 

Onun sözlərinə görə, Vüsal Murtuzəliyevin səhhəti yaxşıdır:

 

"Düşünürəm ki, sabah xəstəxanadan evə aparacağıq", - o əlavə edib.

 

Xatırladaq ki, Vüsal Murtuzəliyev iyulun 19-u xəstəxanaya yerləşdirilmişdi. Ona dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilmişdi.

 


OXŞAR XƏBƏRLƏR