DİN: Yasamalda baş vermiş partlayışda xəsarət alan yoxdur

DİN: Yasamalda baş vermiş partlayışda xəsarət alan yoxdur
Kateqoriya məlum deyil
T

Yasamal rayonunda yerləşən kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışda yaralanan olmayıb.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirib.

 

“Paytaxtın Yasamal rayonunda yerləşən C.Cabbarlı adına kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hazırda təhlükəsizlik tədbirləri görülür. İlkin məlumata görə vətəndaşlardan xəsarət alan yoxdur, ərazi tam nəzarətə götürülməklə xidmət təşkil olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür”, – məlumatda qeyd olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR