Qəbələdə narkotik istifadə edən sürücü həbs olundu

Qəbələdə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub.
Sfera.az xəbər verir ki, Qəbələ Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı VAZ-2106 markalı avtomobilin sürücüsü Vüqar Zöhrabov saxlanılıb.
Qeyd olunub ki, sürücünün təhlükəsizlik kəmərindən istifadə etməməsi səbəbindən ona "saxla" işarəsi verilib. Yoxlama zamanı V.Zöhrabovun davranışları şübhə doğurduğundan, o, dərhal tibbi müayinəyə cəlb olunub. Müayinənin nəticəsinə əsasən, onun marixuana qəbul etdiyi müəyyən edilib.
Faktla bağlı toplanan materiallar məhkəməyə təqdim olunub. Məhkəmənin qərarı ilə V.Zöhrabov inzibati qaydada 15 sutka müddətinə həbs olunub və onun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb. (Oxu.az)