Dağda köməksiz qalmışdı - Xilas edildi - VİDEO

Cəmiyyət
20:10 / 26.06.2025
2010
İsmayıllı rayonunda dağlıq ərazidə bir nəfər köməksiz vəziyyətdə qalıb.
Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, dağlıq ərazidə 1962-ci il təvəllüdlü şəxsin ayağından zədə alaraq köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.
Xilasedicilər dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan şəxsi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.