Füzulidə həkimin məktəbli oğlu kanalda batdı - FOTO

Kateqoriya məlum deyil
T
Füzuli rayonunda məktəbli kanalda batıb.
Sfera.az xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndi ərazisindən keçən beton kanalda baş verib.
İlkin məlumata görə, kanalda batan rayon sakini 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadədir.
Bildirilib ki, X sinifi bu il bitirən Nihad Füzuli rayon təcili təxirə salınmaz tibbi yardım briqadasında həkimi Vüqar Nağızadənin oğludur.
Hazırda N.Nağızadənin axtarışları davam edir. (Teleqraf)





