Fəxri Məmmədov bu rayona prokuror təyin edildi

Kateqoriya məlum deyil
T
Baş Prokurorun əmrilə Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru Fəxri Məmmədov Yardımlı rayon prokuroru vəzifəsinə təyin edilib.
Sfera.az xəbər verir ki, 2010-cu ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Fəxri Məmmədov əvvəllər Gəncə şəhər prokurorunun köməkçisi, Abşeron rayon prokurorluğunun müstəntiqi və prokurorun böyük köməkçisi vəzifələrində işləyib.






