Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi baş tutub

Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi baş tutub

Azərbaycan Respublikasının KapPrezidenti cənab İlham Əliyevin iştirakı ilə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı keçirilib. Açılış mərasimində İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Urso, İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri, Çinin “Dongfang” şirkətinin İdarə Heyətinin sədri Çen Qianq və “AzərEnerji” ASC-nin nümayəndələri iştirak ediblər. Tədbirdə layihənin ölkənin enerji təhlükəsizliyi və iqtisadi inkişafına mühüm töhfəsi vurğulanıb.

 

Kapital Bank bu əhəmiyyətli modernizasiya layihəsinin əsas maliyyə tərəfdaşlarından biri kimi çıxış edib. 2024-cü ilin yanvar ayında Kapital Bank və Azərenerji ASC arasında imzalanan maliyyələşmə müqaviləsi çərçivəsində Mingəçevir şəhərində yerləşən elektrik stansiyasının istehsal gücünün  artırılması və enerji səmərəliliyinin yüksəldilməsi məqsədilə kredit ayrılıb. Ayrılan vəsait hesabına Çin və İtaliyanın qabaqcıl şirkətlərindən yüksək texnologiyalı buxar generatorları və qaz turbinləri alınıb.  

 

Həyata keçirilən bu modernizasiya təşəbbüsü yalnız enerji səmərəliliyinin artırılması deyil həmçinin ətraf mühitin mühafizəsi, karbon emissiyalarının azaldılması və regionun enerji təhlükəsizliyinin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Bununla da ölkəmizin Paris Konvensiyası üzrə götürdüyü 2,1 milyondan çox karbon emissiyalarının azaldılması və digər beynəlxalq öhdəliklərə ciddi töhfə veriləcəkdir.

 

Qeyd edək ki, Kapital Bank regionların sosial-iqtisadi inkişafına uzunmüddətli və sistemli şəkildə töhfə verir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən infrastruktur və bərpa layihələrinin maliyyələşdirilməsində fəal iştirak edir.

 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az    saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.


OXŞAR XƏBƏRLƏR

TikTok ilk dəfə Azərbaycan dilində rəqəmsal savadlılıq mövzusunda maarifləndirici layihəyə start verib

TikTok Azərbaycanda rəqəmsal təhlükəsizlik üzrə ilk maarifləndirici layihə olan #ÖncəTəhlükəsizlik kampaniyasına start verir. Layihənin məqsədi istifadəçilərə r...

"Qarabağ" Şuşada - VİDEO

"Qarabağ" klubunun futbolçuları, məşqçi heyəti və rəsmiləri işğaldan azad olunmuş bölgələrə səfər edirlər.   Sfera.az xəbər verir ki, ...

Çörək ilə bağlı ciddi XƏBƏRDARLIQ

Fransız həkimlər çörək, taxıl və kartof kimi gündəlik qida məhsullarında rast gəlinən zəhərli ağır metal – kadmiumun sağlamlığa təsirləri ilə bağlı ciddi ...

"Bu, qanlı və dağıdıcı bir hekayədir" - Lavrov

Rusiya İran ətrafında gərgin vəziyyətlə bağlı həm ABŞ, həm də İsrail rəhbərliyi ilə təmasdadır.    Sfera.az İnterfaks-a istinadən xəbər verir ki...

Sürücülərin DİQQƏTİNƏ! Sabah saat 08:00-dan iyunun 29-u saat 22:00-a qədər...

Sabah saat 08:00-dan iyunun 29-u saat 22:00-a qədər Bakıda bəzi ərazilərdə yol təmiri işləri aparılacaq.   Sfera.az bu barədə Azərbaycan Avtomob...

Türkiyədə meşə yanğını başladı

Türkiyənin Antalya vilayətinin Qumluca rayonunda meşə yanır.   Sfera.az xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə 1 helikopter, 8 yanğı...