Azərbaycanda bu dronların istehsalına başlanılacaq


Azərbaycanda bu dronların istehsalına başlanılacaq

Azərbaycanda bu il aqrodronların istehsalına başlanılması gözlənilir.

 

Sfera.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib.

 

Onun sözlərinə görə, bir müddət əvvəl Zəngilanda keçirilmiş "bootcamp" çərçivəsində Türkiyənin aqrodron istehsalı sahəsində böyük şirkətlərindən biri olan "Sapmaz Hava Nəqliyyatı və İrəliləmiş Texnologiyalar" MMC yerli şirkət və Bakı Mühəndislik Universiteti ilə razılığa gəlib: "Hazırda istehsalla bağlı hüquqi işlər həyata keçirilir. Yaxın aylarda konkret işlərə başlayacaqlar. Bununla yanaşı, dronların istehsal ediləcəyi ərazi çox güman ki, Universitetin laboratoriyaları və parkı olacaq".

 

O həmçinin qeyd edib ki, aqrodronlar əsasən yerli bazar üçün istehsal olunacaq: "Bu addım Azərbaycanın kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqini genişləndirəcək və yerli bazarın yüksək tələbatını ödəməyə kömək edəcək".

 

eyd edək ki, hazırda Azərbaycana aqrodronlar əsasən xüsusi icazə ilə Türkiyə və Çindən idxal olunur.

 

Aqrodronlar - kənd təsərrüfatında istifadə olunan insansız hava vasitələri müasir texnologiyanın kənd təsərrüfatına gətirdiyi böyük yeniliklərdəndir. Onlar məhsuldarlığın artırılması və resursların daha səmərəli idarə olunması üçün geniş imkanlar təqdim edir. Aqrodronlar pestisidlərin və gübrələrin avtomatik, bərabər və qənaətli şəkildə səpilməsini təmin edir ki, bu da həm ətraf mühitin qorunmasına, həm də istehsal xərclərinin azalmasına səbəb olur. Bundan əlavə, torpağın rütubəti, eroziya vəziyyəti kimi müxtəlif xüsusiyyətlərin analizinə imkan verərək fermerlərə daha düzgün və effektiv əkin planları hazırlamağa kömək edir.

 

"Sapmaz Hava Nəqliyyatı və İrəliləmiş Texnologiyalar" MMC kənd təsərrüfatı sahəsində istifadə olunan müxtəlif növ aqrodronların istehsalı ilə məşğuldur. Şirkətin məhsulları müasir texnologiyalarla təchiz olunub və aqrar sahənin ehtiyaclarına uyğunlaşdırılıb. Şirkət əsasən üç növ dron istehsal edir. Bunlardan biri "Zirai" İnsansız Hava Vasitələridir (ZİHA). Bunlar pestisidlərin və gübrələrin səmərəli, bərabər səpilməsi üçün hazırlanmış dronlardır. Bu dronlar kənd təsərrüfatı sahələrinin daha effektiv idarə olunmasına və məhsuldarlığın artmasına xidmət edir. İkinci növ Multispektral Dronlardır. Bu dornlar beş fərqli spektral bantda görüntü toplayan tam avtonom aqrodronlardır. Bu texnologiya bitkilərin sağlamlığının izlənməsi, xəstəliklərin və stress hallarının erkən aşkarlanması üçün geniş imkanlar yaradır. Üçüncü növ dronlar isə "Do-it-Yourself" ("Özün Yığ") adlanır və bu dronlar 3D printerlə hazırlanmış hissələrdən ibarət təhsil dəstidir. İstifadəçilərə öz aqrodronlarını özləri yığmaq və texnologiyanı dərindən öyrənmək imkanı verir.


OXŞAR XƏBƏRLƏR

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...

“İranın nüvə silahı olmayacaq” - Netanyahu

“Biz İranın nüvə layihəsini ləğv etmişik və əgər kimsə onu canlandırmaq istəsə, biz də bu cür cəhdin qarşısını almaq üçün eyni qətiyyət və güclə hərəkət e...

Rusiyada dollar və avro BAHALAŞDI

Rusiya Mərkəzi Bankının (RMB) rəhbərliyi ölkədə dollar və avronun rəsmi məzənnələrini qaldırıb.   Sfera.az xəbər verir ki, bu barədə RBM-in saytında ...

İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürüldü

İsrailin İrana endirdiyi zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı ölüb.   Sfera.az xəbər verir ki, bu barədə &...

16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi

Abşeron rayonunun Aşağı Güzdək qəsəbə məscidində imam müavini vəzifəsində çalışan Turab Əliqan oğlu Tahirov tutduğu vəzifədən azad olunub.   Sfera.az...