Logo

Prezident Mingəçevirdə erməni raketinin düşdüyü ərazidə - FOTO

Prezident Mingəçevirdə erməni raketinin düşdüyü ərazidə - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso ilə birgə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışını edib.

Sfera.az xəbər verir ki, dövlət başçısı və qonaqlar Vətən müharibəsi zamanı Ermənistan tərəfindən “Azərbaycan” İstilik Elektrik Stansiyasına atılan raketin düşdüyü əraziyə baxıblar.

Qeyd edək ki, 2020-ci il oktyabrın 4-də stansiyanın ərazisinə böyük dağıdıcı qüvvəyə malik “Smerç” reaktiv yaylım atəşli raket atılıb. Raket 6-cı və 7-ci enerji bloklarının arasındakı sahəyə düşüb. Bundan başqa, 2020-ci il oktyabrın 11-də ikinci dəfə atılan raket isə İdarəetmə Mərkəzinin yaxınlığına düşüb. Müvafiq müdafiə sistemlərinin qabaqlayıcı tədbirləri nəticəsində atılmış raketlər zərərsizləşdirilib.

Prezident Mingəçevirdə erməni raketinin düşdüyü ərazidə - FOTO

Prezident Mingəçevirdə erməni raketinin düşdüyü ərazidə - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR