Bu rayonlarda leysan yağır, Zaqataladan sel keçir

Cəmiyyət
18:42 / 23.06.2025
4431
İyunun 23-ü saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində hava şəraiti arabir yağıntılı keçir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Belə ki, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Naftalan, Tərtər, Şəmkir, Balakən, Zaqatala, Şəkidə arabir leysan xarakterli yağış yağır.
Yağan leysan xarakterli yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçir.