Müharibəyə görə Azərbaycanda hansı məhsullar bahalaşacaq? - VİDEO

Müharibəyə görə Azərbaycanda hansı məhsullar bahalaşacaq? - VİDEO

İran-İsrail hərbi münaqişəsi başlayandan qonşu ölkədən Azərbaycana ərzaq məhsulları gətirilmir.

 

Sfera.az xəbər verir ki, bu barədə sahibkar Elgün Məmmədli İTV-yə danışıb.

 

"Biz İrandan yağ, pendir, xurma, düyü, şokoladlar alırıq. İndi yollar bağlıdır deyə məhsullar gəlmir və qiymətlərdə də artım var. Hazırda kimin əlində nə varsa, onu satır. Bir həftədir ki, yollar bağlıdır, mal ala bilmirik. Ən çox tələbat İran yağlarınadır. Əlimizdə isə az yağ qalıb”, - deyə, sahibkar bildirib.

 

Satıcıların sözlərinə görə, İrandan yeni məhsullar gəlməsə, qiymət artımı qaçılmazdır. Ən çox artım düyü, yağ və xurma kimi məhsullarda gözlənilir.

 

Digər sahibkar Bahal Bayramov da müharibə səbəbilə məhsul gəlmədiyini söyləyib: "Həm də özləri də mal satmırlar. Deyirlər ki, özümüz üçün saxlayırıq. Bu da bizim bazara təsir edir. Ən ucuz bazar İranındır. Biz ucuzluğa görə işləyirik, baha olsa, işləyə bilmərik. Belə getsə, 10 günə heç İran məhsulu tapılmayacaq”.

 

Ekspertlər isə deyir ki, Yaxın Şərqdəki gərginlik İranın logistika imkanlarını və xarici ticarətini çətinləşdirə bilər.

 

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, müharibənin davam etməsi, miqyasının genişləndirilməsi İrandan Azərbaycana gətirilən məhsulların həcminin azalmasına gətirib çıxaracaq: "Hətta müharibə daha da dərinləşərsə, praktiki olaraq İrandan Azərbaycana məhsul idxalının dayanmasına səbəb ola bilər. Bu halda logistik olaraq həmin məhsulları gətirmək mümkün olmayacaq. O baxımdan bizim ticarət dövriyyəmiz, eyni zamanda İrandan idxalın həyata keçirilməsi müharibənin hansı müddəti əhatə etməsindən və miqyasından aslı olacaq”.

 


OXŞAR XƏBƏRLƏR

Arutyunyan etiraf etdi: Suriyadan gətirilən ermənilər...

İyunun 23-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Araik Arutyunyan prokurorların suallarını cavablandırarkən Azərbay...

Qətər hava məkanını bağladı - İranın hücumları gözlənilir

Qətər növbəti xəbərdarlığa qədər hava məkanını bağlayıb.   Sfera.az xəbər verir ki, bu barədə Qətər hökumətinin yaydığı məlumatda bildirilir. &nbs...

Azərbaycan klubu bütün futbolçuları və texniki heyətlə yollarını ayırdı

2025/2026 mövsümündən etibarən Azərbaycan II Liqasında iştirak etmək hüququ qazanan “Şirvan” komandası bütün futbolçuları və texniki heyətlə yolları...

İsraildə raket hücumları nəticəsində 25 nəfər həlak olub

İranın İsrailə raket hücumları nəticəsində 25 nəfər həlak olub, 1 300-dən çox insan yaralanıb.   Sfera.az xəbər verir ki, bu barədə İsrailin Baş nazi...

"Crocus"dakı terror aktı ilə bağlı cinayət işinin istintaqı başa çatdı

Rusiya İstintaq Komitəsi "Crocus City Hall"da baş verən terror aktı ilə bağlı cinayət işinin istintaqını başa çatdırıb.   Sfera.az xəbər ve...

Rəsmi Bakıdan Ermənistan XİN-ə- CAVAB

“Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinin “İstanbul Bəyannaməsi” və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şur...