Elarizin qızı məhkəməyə çağırıldı


Elarizin qızı məhkəməyə çağırıldı

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə Nizami Alışanın ifadəsi elan olunub.

 

Daha sonra sənəd tədqiqi prosesinə keçilib.

 

N.Alışanın izahatında Babək Məmmədzadəyə 1 milyon 300 min manat borcu olduğu qeyd edilib. O isə bildirib ki, izahatda göstərilən imza ona aid deyil.

 

Təqsirləndirilən iddia edib ki, digər sənədləri də o imzalamayıb.

 

Vəkil Samir İsayev Nizami Alışanın həyat yoldaşının şahid qismində dindirilməsi ilə bağlı vəsatət verib.

 

Qeyd olunub ki, Nizami Alışan aprelin 9-da saxlanıldığını iddia edir, amma sənədlərdə onun aprelin 17-də saxlanıldığı qeyd olunub. Bu hadisə ilə bağlı tək şahid isə onun həyat yoldaşıdır.

 

Vəsatət təmin edilib.

 

Gələn prosesdə Babək Məmmədzadə də yenidən dindiriləcək.

 

Proses iyunun 30-dək təxirə salınıb.

 

Qeyd edək ki, ittihama görə, təqsirləndirilən Nizami Alışan özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. O, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.

 

Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.

 

Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.

 

İş üzrə zərərçəkən qismində 3 nəfər - Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov tanınıb.

 

Əlavə edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkənidir.

 


OXŞAR XƏBƏRLƏR

Qətər hava məkanını bağladı - İranın hücumları gözlənilir

Qətər növbəti xəbərdarlığa qədər hava məkanını bağlayıb.   Sfera.az xəbər verir ki, bu barədə Qətər hökumətinin yaydığı məlumatda bildirilir. &nbs...

Azərbaycan klubu bütün futbolçuları və texniki heyətlə yollarını ayırdı

2025/2026 mövsümündən etibarən Azərbaycan II Liqasında iştirak etmək hüququ qazanan “Şirvan” komandası bütün futbolçuları və texniki heyətlə yolları...

İsraildə raket hücumları nəticəsində 25 nəfər həlak olub

İranın İsrailə raket hücumları nəticəsində 25 nəfər həlak olub, 1 300-dən çox insan yaralanıb.   Sfera.az xəbər verir ki, bu barədə İsrailin Baş nazi...

"Crocus"dakı terror aktı ilə bağlı cinayət işinin istintaqı başa çatdı

Rusiya İstintaq Komitəsi "Crocus City Hall"da baş verən terror aktı ilə bağlı cinayət işinin istintaqını başa çatdırıb.   Sfera.az xəbər ve...

Rəsmi Bakıdan Ermənistan XİN-ə- CAVAB

“Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinin “İstanbul Bəyannaməsi” və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şur...

Daha üç ünvanda mindirib-düşürmə yeri yaradıldı

AYNA tərəfindən daha 3 ünvanda mindirib-düşürmə yeri yaradılıb.   Sfera.az xəbər verir ki, bunlar Rəşid Behbudov küçəsi (Rəşid Behbudov adına Azərbay...