Məşhur kosmetoloq fəaliyyətini dayandırdı, mərkəzi satışa çıxarıldı - FOTO

Cəmiyyət
16:07 / 23.06.2025
3856
Tanınmış həkim-kosmetoloq Elnarə Canlının rəhbərlik etdiyi kosmetoloji xidmət məkəzi olan "Elnarə Canlı Beauty Center" satışa çıxarılıb.
Sfera.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, 350 kvadrat metrlik sahəyə malik olan mərkəz avadanlıqları ilə birgə satılır.
Nizami metrosunun yaxınlığında yerləşən Mərkəz alıcılara 1,5 milyon manata təklif olunur.
"Elnarə Canlı Beauty Center"dən İqtisadiyyat.az-a bildirilib ki, mərkəzin satışa çıxarılması direktor və baş həkim Elnarə Canlının xaricə köçməsi ilə əlaqədardır. Qeyd edilib ki, həkim-kosmetoloq fəaliyyətini xaricdə davam etdirəcək.
Məqaləyə dair fotomateriallar: