Azərbaycanda pensiya təminatında yenilik

Cəmiyyət
14:26 / 23.06.2025
6262
Pensiya təminatının özəl fondlar vasitəsilə həyata keçirilməsi dünyada geniş yayılıb. Bununla vətəndaşlar iki mənbədən pensiya almaq imkanı qazanır. Çünki, vətəndaş həm dövlət, həm özəl pensiya fonduna ödəniş edir.
Sfera.az Xəzər TV-yə istinadən xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, bu, pensiya alanlar üçün bəzi imkanlar yaradacaq.
O, bildirir ki, xüsusən xarici praktika göstərir ki, özəl pensiya fondlarına yığılan kapitaldan daha tez istifadə edilməsi mümkündür.