İmamla qoşulub qaçan 16 yaşlı qız danışdı - VİDEO

Xəbər verdiyimiz kimi, Abşeronda 16 yaşlı qız yaşadığı Aşağı Güzdək qəsəbəsinin mollası tərəfindən evlənmək məqsədilə qaçırılıb.
Sfera.az-ın məlumatına görə, Aşağı Güzdək qəsəbə məscidinin imamı Turab Tahirov deyir ki, qızın ailəsi onun boşanmış olmasını qəbul etməyib:
“Qızı bəyəndikdən sonra elçilərimi göndərmişəm. “Boşanmışa qız vermərik” deyərək, imtina ediblər”.
16 yaşlı qız isə imamla öz istəyi ilə getdiyini bildirib:
“Turab mənə çox dedi ki, “18 yaşın tamam olsun, sonra qaçaq”. Mən dedim “gəl gedək”. Onsuz da 1 ay yarımdan sonra 17 yaşım tamam olacaq”.
Qeyd edək ki, qız qaçırıldıqdan sonra onun ailəsi dərhal hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Ətraflı İTV-nin videomaterialında: