ƏƏSMN üçün yeni vəzifə müəyyənləşdirildi

Cəmiyyət
11:07 / 21.06.2025
3256
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Dövlət Gömrük Komitəsi və Baş Prokurorluğun müraciətinə əsasən barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan hər bir sığortaolunana tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 1 ay müddətində unikal kodun verilməsini təmin etməlidir.
Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.