525 saylı avtobuslar bu tarixdən dəyişiləcək - ŞAD XƏBƏR

525 saylı avtobuslar bu tarixdən dəyişiləcək - ŞAD XƏBƏR
Kateqoriya məlum deyil
T

Bakının qəsəbələrində fəaliyyət göstərən avtobusların bəziləri istismara yararsızdır. Ötən gün Masazır qəsəbəsində fəaliyyət göstərən avtobusda da təhlükəli vəziyyət yaranıb. 

 

Bəs yararsız avtobuslar nə vaxt dəyişdiriləcək? 

Sfera.az Milli.az-a istinadən xəbər verir ki, 525 nömrəli avtobusun sərnişinlərinin sözlərinə görə, avtobuslar yay aylarında daha pis haldadır:

 

"Avtobuslar çox istidir, kondisioner yoxdur. Oturacaqlar da köhnəlib, camaat əziyyət çəkir". 

 

Məsələ ilə bağlı dispetçer Ramil Hacıağayev bildirib ki, avtobuslar alınaraq yenilənir. Ayın 1-dək avtobuslar dəyişiləcək. Sadəcə yollar pis gündədir, avtobuslar xəttə buraxılmasına görə çətinliklər var. 

 

Avtobusların yaxın zamanda yenilənəcəyini AYNA da təsdiqləyib. 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR