Milli Qəhrəman Ərəstun Mahmudovun anası ziyarət edilib - FOTO

Milli Qəhrəman Ərəstun Mahmudovun anası ziyarət edilib - FOTO

İcra başçısı Nahid Bağırov İsmayıllı rayonunun Pirəbilqasım kəndində Milli Qəhrəman Ərəstun Mahmudovun anasını ziyarət edib.

 

Sfera.az xəbər verir ki, başçı Sufayi Mahmudovanın qayğıları ilə maraqlanıb, səhhətindəki problemlərlə əlaqədar aidiyyəti quruma müvafiq tapşırıqlar verilib.

 

Bundan başqa Nahid Bağırov məşhur şair, filologiya üzrə fəlsəfə doktoru Ağasən Bədəlzadənin ata‑baba yurdundan olan evi və məzarını ziyarət edib.

 


OXŞAR XƏBƏRLƏR