525 saylı marşrutda biabırçı vəziyyət - VİDEO

525 saylı marşrutda biabırçı vəziyyət - VİDEO

Bakının mərkəzində fəaliyyət göstərən və əksər qəsəbələrə işləyən marşrut avtobusları müasirləşdirilsə də, paytaxtın mərkəzindən Masazıra və geriyə sərnişin daşıyan 525 saylı marşrutda acınacaqlı vəziyyət hələ də davam edir.

 

Sfera.az xəbər verir ki, 525 saylı xətdəki acınacaqlı vəziyyətlə bağlı növbəti görüntülər Baku.ws-in “qaynar xətti”nə göndərilib.

 

İritutumlu avtobusun təhlükəli vəziyyətdə idarə edilməsini əks etdirən görüntülərdən nəqliyyat vasitəsinin döşəməsinin dağıldığı, mühərrikin tüstüsünün avtobusun içərisinə dolduğu və sərnişinlərin sağlamlığını təhlükəyə atdığı aydın görünür.

 

Masazır sakinləri bildirir ki, avtobusların dəyişdirilməsi ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Belə ki, xətt üzrə avtobusların yararsız halda olması səbəbindən tez-tez yolda qalması, eləcə də isti günlərdə kondisionerin işləməməsi insanların etirazına səbəb olur.

 

 


OXŞAR XƏBƏRLƏR

DTX-nin saxladığı icra başçısı və müavinlərinin nədə ittiham olunduğu bilindi

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və saxlanılan digər vəzifəli şəxslərin nədə ittiham olunduğu məlum olub.   Sfera.az report-a ist...

Narkotik bükümlərini udan şəxs xəstəxanada öldü

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs cinayət təqibindən yayınmaq üçün kuryoz addım atıb.   Sfera.az xəbər ver...

Birliyimizin təməlində ortaq tariximiz və lider qətiyyəti dayanır

Azərbaycan-Türkiyə birliyinin bu gün nə qədər güclü olduğunu görmək üçün iyunun 19-da Kahramanmaraşda “Azərbaycan”  məhəlləsinin açılış mərasim...

Bu mağazada vaxtı keçmiş məhsullar satılır – FOTO

  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdə rayonu, Babək küçəsində fəaliyyət göstərən, Ərşad Üzeyir oğlu Bayramova məxsus pe...

“Ay yırğalanması” başa çatır

“Ay yırğalanması” dövrü başa çatır.   Sfera.az xəbər verir ki, bunu türk astroloq Azade Öksoy deyib.   Onun sözlərinə görə, Gü...

Almaniya əhalisinin sayı açıqlanıb - Statistika

Almaniya Federal Statistika İdarəsi (Destatis) 2024-cü il üçün əhali statistikasını açıqlayıb. Rəqəmlərə əsasən, ölkə əhalisi ötən illə müqayisədə 121 min nəfər...