Məşhur şirniyyat mağazasının fəaliyyəti dayandırıldı - FOTOLAR

Məşhur şirniyyat mağazasının fəaliyyəti dayandırıldı - FOTOLAR

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 162 ünvanında yerləşən "Bal Badem" şirniyyat istehsalı və satışı obyektində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

 

Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Belə ki:

 

• obyekt odsöndürən balonlarla tam təmin olunmayıb;

• obyektin elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydası"nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib, elektrik avadanlıqlarının torpaqlanmasına dair sınaq protokolları tərtib olunmayıb;

• pilləkən qəfəsinin altında otaq (anbar) quraşdırılıb;

• ⁠ obyektin işçiləri yanğın təhlükəsizliyi ilə bağlı təlimatlandırılmayıb və bu barədə xüsusi jurnalda qeydlər aparılmayıb;

• elektrik lövhələri olan otaq "Yanğın təhlükəsizliyi qaydaları"nın tələblərinə uyğun saxlanılmır;

• köçürmə çıxışlarının qapıları çıxışa doğru açılmır və köçürmə yollarının üzərində "Çıxış" sözü yazılmış işıqlandırıcı lövhələr asılmayıb;

• obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya sistemi ilə təchiz olunmayıb;

• insanların və qiymətli əşyaların köçürülməsi üçün "Köçürmə planı" işlənib hazırlanmayıb;

• obyektin daşınmaz əmlakı "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb;

• obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

 

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

 

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 162 ünvanında yerləşən "Bal Badem" şirniyyat istehsalı və satışı obyektinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

 

Məqaləyə dair fotomateriallar:

 


OXŞAR XƏBƏRLƏR

Mövcud təhlükəsizlik vəziyyətini müzakirə etdilər

Xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezide...

İzmirdə meşə yanğını: 5 təyyarə cəlb olundu

Türkiyənin İzmir vilayətinin Kınık rayonunda meşə yanır.   Sfera.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.   ...

Saxlanılan icra başçısı, görün, kimin qohumudur

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Qax rayonunun icra başçısı Musa Şəkiliyevlə bağlı yeni məlumat daxil olub.   Sfer...

Bu yolda hərəkət tam məhdudlaşdırılacaq

Bakının Ənvər Qasımzadə küçəsində avtomobillərlə hərəkət məhdudlaşdırılacaq.   Sabah saat 08:00-dan iyunun 22-si saat 22:00-a qədər Bakının Nəsimi ra...

Doktoranturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ: Bu tarixdə imtahan keçiriləcək

İyunun 22-də doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək.   Sfera.az xəbər ve...

DTX-nin saxladığı icra başçısı və müavinlərinin nədə ittiham olunduğu bilindi

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və saxlanılan digər vəzifəli şəxslərin nədə ittiham olunduğu məlum olub.   Sfera.az report-a ist...