Sabunçunun yeni prokuroru o oldu

Sabunçunun yeni prokuroru o oldu

Sabunçu rayonuna yeni prokuror təyin edilib. 

 

Sfera.az-ın məlumata görə, Baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, Sabunçunun yeni prokuroru vəzifəsinə Dadaşov Murad Natiq oğlu təsdiqlənib.

 

M.Dadaşov bundan əvvəl Baş Prokurorluğun Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin rəisi işləyib.​

 

Qeyd edək ki, bir neçə gün əvvəl Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski vəzifəsindən azad edilmişdi. (Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR