Bakıda bu ərazilərdə qaz olmayacaq

Bakıda bu ərazilərdə qaz olmayacaq

Paytaxtın bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

 

Bildirilib ki, Xəzər rayonunda magistral qaz kəmərinin müvafiq hissəsinin dayaqlar üzərinə qoyulması və qaz sızmasının ləğvi, Suraxanı rayonunda qaz xətti üzərində təmir-quraşdırma işlərinin aparılması məqsədi ilə 19.06.2025-ci il tarixdə saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

 

Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonu üzrə Mərdəkan bağlar və Stansiya Qala yaşayış massivlərində, Mərdəkan yeni yaşayış massivində, Daxili Qoşunlar ətrafında, Suraxanı rayonu üzrə isə Hövsan qəsəbəsində, Bahar, Dədə Qorqud və Sahil yaşayış massivlərində və Zığ bağlarında istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 


OXŞAR XƏBƏRLƏR

Tramp açıqlama verdi - Rusiya və Türkiyə müharibəyə qoşulur?

ABŞ-nin yaxın günlərdə İrana mümkün zərbə endirməyə hazırlaşdığı bildirilib. Məlumata görə, potensial hücum iyunun 21-22-də həyata keçirilə bilər, lakin planlar...

Azərbaycanda bu çimərliklər çirklidir - Siyahı

Yay mövsümünə hazırlıq çərçivəsində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Bakı, Sumqayıt, Mingəçevir şəhərləri, eləcə də...

18 nömrəli tam orta məktəbdə bullinqə qarşı maarifləndirmə sessiyaları keçirilib

Bullinq şagirdlərin psixoloji sağlamlığını ciddi şəkildə pozan, onların inkişafına mənfi təsir göstərən, özlərinə inamını və sosial bacarıqlarını zədələyən hərə...

Türkiyədə Azərbaycan-Ermənistan sazişi imzalana bilər

Türkiyədə Azərbaycanla Ermənistan arasında saziş imzalana bilər.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.   ...

ABŞ İrana hücum edəcək? - 2 gün sonra...

ABŞ-nin yüksək səviyyəli rəsmiləri yaxın günlərdə İrana mümkün zərbə endirməyə hazırlaşır. Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat ya...

ABŞ xalqı İrana hücumu dəstəkləyirmi? – Sorğu

ABŞ-nin “Wall Street Journal” (WSJ) nəşrinin keçirdiyi rəy sorğusuna əsasən, amerikalıların önəmli hissəsi ölkələrinin İrana qarşı mümkün hava hücum...