Məhkəmədə şeir dedi, hakim əsəbiləşdi


Məhkəmədə şeir dedi, hakim əsəbiləşdi

Narkotik ittihamı ilə mühakimə edilən şair-tiktoker İlhamə Elşadqızının cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Sfera.az  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda ittiham tərəfinin son iki şahidindən biri-İlhamənin saxlanılmasında iştirak edən polis əməkdaşı dindirilib.

 

Şahid ifadəsində demək olar əvvəlki polislərin dediklərini təkrarlayıb. İlhamə isə bir daha ittihamla razılaşmadığını bildirib, həbsinin əsassız olduğunu iddia edib:

 

“Mən boyda şəxsiyyətin əlinə qandal vurublar. Cəmiyyətə mən lazımam, azadlıqda da mən olmalıyam. Ağır seyid nəvəsiyəm”.

 

İlhamə daha sonra şahidin ifadəsinə şerlə münasibət bildirib. Bu məqamda prosesə sədrlik edən hakim Anar Sadıqov ona xəbərdarlıq edib:

 

“Bura sizin üçün şeir demək yeri deyil. Biz də şeirə qulaq asmağa yığışmamışıq. Bir də bu hal təkrarlanmasın” deyə, hakim tələb edib.

 

Proses sonuncu şahidin dindirilməsini təmin etmək üçün təxirə salınıb. Hakimlər məzuniyyətə getdiyindən növbəti iclas avqustda baş tutacaq.

 

Qeyd edək ki, İ.Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham verilib. Təqsiri sübuta yetirilərsə, 3 ildən 8 ilə kimi azadlıqdan məhrum edilə bilər.


OXŞAR XƏBƏRLƏR

Paraşütçü tullanma zamanı başqa bir paraşütçü ilə toqquşaraq həyatını itirdi

ABŞ-ın Corciya ştatında keçirilən atlama zamanı 48 yaşlı paraşütçü Jasmin Blək havada başqa bir paraşütçünün paraşütü ilə toqquşaraq həyatını itirib. Sfera.a...

Dima Bilanın səsi batıb

Rusiyanın Əməkdar artisti Dima Bilanın səsi tutulub.   Sfera.az xəbər verir ki, bu barədə ifaçı özü məlumat yayıb. O, bu səbəbdən Soçidəki konse...

Messi ilə görüşdən danışdı: Meydanda dost yoxdur!

PSJ-nin müdafiəçisi Əşrəf Hakimi klublararası dünya çempionatının 1/8 final mərhələsində “İnter Mayami”yə qarşı keçiriləcək qarşılaşma barədə fikirl...

ABŞ-da həddindən artıq istilər səbəbindən yollar çöküb - VİDEO

ABŞ-ın Missuri ştatındakı Cape Girardeau şəhərinin yollarında istilər səbəbindən nəhəng çuxurlar əmələ gəlib. Bəzi sürücülər yollarda səviyyə fərqinə görə çətin...

Azərbaycanda saxta alkoqollu içkilər aşkarlandı

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan dövlət nəzarət tədbirləri zamanı bir sıra topdan və pərakəndə s...

Şəbnəm Tovuzlunu "dollar yağışı"na tutan ailə narkotacir imiş - VİDEO

Bir neçə gün əvvəl sosial şəbəkələrdə məşhur müğənni Şəbnəm Tovuzlunun Gürcüstanın Qardabani rayonunun Soğanlı kəndində keçirilən toy mərasimində "dollar y...