Bu şəxslər 900 manat pensiya ala BİLƏCƏK – ŞAD XƏBƏR

Bu şəxslər 900 manat pensiya ala BİLƏCƏK – ŞAD XƏBƏR

“Əmək qanunvericliyinə 200-ə yaxın dəyişiklik üzərində işlər tamamlanmaq üzrədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, onlardan bir qismi “Əmək Məcəlləsinə” dəyişikliklər, bəziləri isə yeni aktlar kimi təklif olunur. Digər profil qurumlar ilə razılaşdırmaqda olan qanun layihələrindən biri də “Qeyri-dövlət (özəl) pensiya fondarı” ilə bağlıdır. Özəl pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanıb”.

 

Sfera.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

 

Bəs, özəl pensiya fondlarının yaradılması vətəndaşlara nə qazandıracaq?
 

“Əksər inkişaf etmiş dövlətlərdə vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edirlər. Özəl pensiya fondu imkan verir ki, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, özəl fonddan da pensiya ala bilsin. Bu da, təbii ki, pensiya məbləğinin artmasına gətirib çıxarır. Bu kontekstdən, oxşar praktikanın Azərbaycanda tətbiq edilməsinə ehtiyac var idi.
 

Özəl pensiya fondu yaradılarsa, vətəndaş pensiyaya çıxan zaman iki mənbədən pensiya ala biləcək. Məsələn, əgər onun pensiya məbləği 600 manatdırsa, özəl pensiya fonduna ödədiyi ödənişlər nəticəsində əlavə olaraq, 300 manat almaq imkanı qazanacaq. Bu nümunədə, vətəndaş 600 manat deyil, 900 manat pensiya ala biləcək. Təbii ki, özəl fonddan ödənilən pensiya məbləği birbaşa yığımlardan asılı olacaq. Bu zaman daha çox yığım daha çox pensiya məbləği demək olacaq.

 

Özəl pensiya fondlarının digər səciyyəvi xüsusiyyəti həmin fondda yığılan pensiya kapitalından daha tez istifadə imkanıdır.
 

Əksər dövlətlərdə özəl fondlarda yığılan kapitaldan pensiya yaşından əvvəl istifadə imkanları var. Digər tərəfdən, xarici təcrübə göstərir ki, bu zaman özəl fondda yığılan vəsaitin aylıq və ya hissə-hissə götürlməsi də mümkün olur. Bu kontekstdən belə fondlar, həm pensiya kapitalından daha tez istifadəyə, həm ödəniş qrafikinin qarşılıqlı razılaşdırılmasına imkan verir.
 

Bütün bununlar ilə yanaşı, özəl pensiya fondunun etibarlılığı da çox önəmlidir. Çünki belə pensiya fondlar yaranarsa, vəsaitlər manatla yığılacaq və onun idarə edilməsi həyata keçiriləcək. Ona görə də burada ilkin kapitalın formalaşdırılması, etibarlılığın artırılması önəm daşıyır. Bu baxımdan, özəl pensiya fondları yaradıldıqdan sonra orada yığılan vəsaitlərin indeksasiyasının həyata keçirilməsi və valyuta risklərinin sığortalanmasına ehtiyac var. Bu isə praktikada daha təkmil mexanizmin hazırlanıb, təqdim edilməsini aktuallaşdırır”, - deputat qeyd edib.




Bizim.Media


OXŞAR XƏBƏRLƏR

Yeniyetmələrə qarşı zorakılıq edən kişinin cəzası bəlli oldu

Bakıda tükürpədən cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.     Sfera.az  xəbər verir ki, söhbət iki yeniyetməyə q...

Röyanın atasının səhhətində problem yarandı - FOTO

Xalq artisti Röya Ayxanın səhhətində problem yaranması ilə bağlı məlumat yayılıb.   Sfera.az xəbər verir ki, müğənninin paytaxtda yerləşən ...

“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit

"Unibank" 17 iyun Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə bütün səhiyyə əməkdaşlarını təbrik edir, onlara fədakar fəa...

Gədəbəy və Lerik Rayonlarına Yeni Prokurorlar Təyin Olundu

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Kamal Əhmədov Gədəbəy rayon prokuroru vəzifəsinə təyin edilib.   Bu barədə Sfera.az-a Baş Pr...

Azərbaycanda 18 yaşlı tələbə vəfat etdi - FOTO

Azərbaycanda 18 yaşlı tələbə dünyasını dəyişib.   Sfera.az "Unikal"a istinadla xəbər verir ki, Əlipaşayev Kənan Kamran oğlu xəstəlikdə...

İsrail bəhanəsi ilə Türkiyə-Azərbaycan qardaşlığına hücum - VİDEO

İsrail və İran arasındakı gərginlik bəhanə edilərək Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq hədəfə alınır. Maraqlıdır ki, bu xəbərlər Türkiyə Prez...