Ürəyindən güllələnərək qətlə yetirilən kişinin- FOTO

Cəmiyyət
19:31 / 16.06.2025
4366
Gəncədə ürəyindən güllələnərək öldürülən 42 yaşlı Vüsal Əhmədovun qətlinin yeni detalları məlum olub.
Sfera.az xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində baş verib.
V. Əhmədov yaşadığı evin yaxınlığında güllələnərək öldürülüb.
İlkin məlumata görə, mərhum əvvəlcədən tanış olduğu şəxslə aralarında yaranan mübahisə zamanı ağır güllə yarası alaraq həyatını itirib.
Mərhum Vüsal Əhmədov TIR sürücüsü işləyirmiş. Onu öldürməkdə şübhəli bilinən şəxs də eyni sahədə çalışırmış. Baş vermiş hadisə ilə bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən 45 yaşlı Göygöl rayon sakini Röyal Hətəmov saxlanılıb. (Qafqazinfo)