FHN-in Gəncə Regional Mərkəzinə yeni rəis təyin edildi

Cəmiyyət
18:15 / 16.06.2025
4125
Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinə yeni rəis təyin edilib.
Sfera.az-ın məlumatına görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
Əmrə əsasən polkovnik Rövşən Nəbiyev Gəncə Regional Mərkəzinin rəisi təyin olunub. Qeyd edək ki, ötən ay FHN-nin Gəncə Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov vəzifəsindən azad olunaraq, Bakı Regional Mərkəzinin rəisi təyin edilib.(APA)