948 abonentin qazı kəsiləcək - RƏSMİ


948 abonentin qazı kəsiləcək - RƏSMİ

Sabah Saatlı rayonunun Əhmədbəyli, Heydərabad və Dədə Qorqud kəndlərinin təbii qazla təchizatı müvəqqəti dayandırılacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

 

Bildirilib ki, diametri 200 mm olan "Dədə Qorqud kənd" orta təzyiqli yeraltı qaz kəmərində kipliyin yoxlanılması məqsədilə iyunun 17-də saat 10:00-dan etibarən sınaq işlərinə başlanılacaq.

 

Sınaq işləri başa çatanadək adıçəkilən kəndlərdə ümumilikdə 948 abonentin qaz təchizatı dayandırılacaq. Qaz verilişi işlərin gedişindən asılı olaraq bərpa olunacaq.


OXŞAR XƏBƏRLƏR