Logo

Keçmiş icra başçısı həbs edildi

Keçmiş icra başçısı həbs edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qobustan rayonunun keçmiş icra başçısı Rafiq Alışovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Sfera.az “qafqazinfo”nun verdiyi xəbərə istinadən bildirir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası keçirilib.

R.Alışov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirlənidirilir. Hazırlıq iclasında onun anket məlumatları dəqiqləşdirilib.

Keçmiş icra başçısı barəsində olan ev dustaqlığı dəyişdirilərək haqqında həbs-qətimkan tədbiri seçilib. R.Alışov məhkəmə zalında həbs edilib.

Məhkəmə prosesi dekabrın 18-də davam etdiriləcək.

Qeyd edək ki, Rafiq Şıxməmməd oğlu Alışov 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. R.Alışov 2013-cü ildə də eyni maddə ilə Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR