Ermənilərin Bakı limanına eniş etməsi ilə bağlı rəsmi açıqlama

İsrailin İrana hava zərbələrindən sonra İran, İraq və İsrail hava məkanlarında tətbiq olunan uçuş məhdudiyyətləri səbəbindən 13 beynəlxalq aviaşirkətə məxsus təyyarələr uçuşların təhlükəsiz şəkildə davam etdirilməsi məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportunu ehtiyat enişi ediblər.
Sfera.az xəbər verir ki, ehtiyat enişi edən bəzi reyslərdə erməniəsilli Rusiya Federasiyası vətəndaşları da olub.
Məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən Report-a verilən məlumata görə, bütün sərnişinlərin təhlükəsizliyi və rahatlığı təmin edilib. Onlara beynəlxalq aviasiya qanunvericiliyinə uyğun xidmət göstərilib.
Hazırda mövcud məlumata əsasən, ehtiyat enişi etmiş reyslərin yarıdan çoxu artıq uçuşlarına davam edib. Digər reyslər üzrə isə koordinasiya prosedurları beynəlxalq standartlara uyğun şəkildə davam etdirilir.