Bu televiziyanın sədri vəzifəsindən azad edildi: 12 il sonra

Cəmiyyət
19:48 / 12.06.2025
3412
“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Abdulla oğlu Tahirli vəzifəsindən azad edilib.
Sfera.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.
Digər sərəncamla “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinin müvəqqəti icrası QSC-nin sədr müavini Novruzova İlhamə Tofiq qızına həvalə edilib.
Qeyd edək ki, Sahil Tahirli sədr vəzifəsində 2013-cü ildə təyin olunmuşdu.