Müavinət və təqaüdlər nə qədər artır? - Müqayisə

Müavinət və təqaüdlər nə qədər artır? - Müqayisə

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı Fərman imzalayıb. 


Bu fərman 3 milyondan çox insanı əhatə edəcək. 

 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı danışan deputat Vüqar Bayramov bəzi müavinət və fərmandakı artımları müqayisəli şəkildə izah edib. 

 


Millət vəkili qeyd edib ki, artımlar gələn aydan hesablanacaq: 


“Fərmanla iyul ayından etibarən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 manat, orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 manat, orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 manat, ailə başçısını itirməyə görə 140 manat, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına 140 manat. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) 140 manat, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə hər uşaq üçün 140 manat, beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 140 manat, övladlığa götürülən uşağa (18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar istisna olmaqla) görə 240 manat, himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə: 0–6 yaş arası uşağa görə 500 manat, 7–13 yaş arası uşağa görə 600 manat, 14–18 yaş arası uşağa görə 650 manat, uşağın anadan olmasına görə 600 manat, dəfn üçün 600 manat ödəniləcək”.

 

 

Millət vəkili nəzərə çatdırıb ki, iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin yeni aylıq məbləğləri müəyyən edilib:

 

““Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2200 manat, Milli Qəhrəman adı verilmiş hər bir şəxs üçün 2000 manat, şəhid ailəsi üçün 700 manat, 20 Yanvar şəhidinin ailəsi üçün 700 manat, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə 700 manat, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə isə orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 600 manat, orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 500 manat, orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 manat, orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə 120 manat ödəniləcək”. 

 

V.Bayramov qeyd edib ki, bununla yanaşı, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) 250 manat, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə 350 manat, Azərbaycan -ci il iyulun 1-dən 1700 manat müəyyən edilib.

 

Fəxri adlara görə aylıq təqaüdün məbləği isə 2025-ci il iyulun 1-dən xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 300 manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 200 manat müəyyən edilib.

 

Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Həcc ziyarətindəki zəvvarlarımızın ölkəyə qayıdışı necə TƏŞKİL OLUNACAQ? – QMİ-dən AÇIQLAMA

“Baş verən son hadisələrlə əlaqədar, (İsrailin İrana endirdiyi hava zərbələri - red.) Həcc ziyarətindən gələn zəvvarların Azərbaycana qayıtmasında heç bir...

KİV:İsrailin İrandakı əməliyyatı 14 gün davam edəcək

İsrail İrana qarşı əməliyyatı 14 gün ərzində aparmağı planlaşdırır.   Sfera.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yük...

Sürücülərin NƏZƏRİNƏ – Bu küçələrdə hərəkət MƏHDUDLAŞDIRILACAQ

Bakıda bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobil Yolları ...

Zakir Həsənovdan Bağerinin ölümü ilə bağlı BAŞSAĞLIĞI

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağ...

Əli Əsədovdan Laçın şəhəri ilə bağlı QƏRAR

Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.   Sfera.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb....

Estetik əməliyyatlarına 11 milyon xərcləyibmiş...

Türkiyəli influenser Danla Bilic indiyədək etdirtdiyi estetik əməliyyatların məbləğini açıqlayıb.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ...