“Alim Qasımov rep də deyər, meyxana da, ancaq...”

“Alim Qasımov rep də deyər, meyxana da, ancaq...”

Xalq artisti Alim Qasımovun bir neçə gün öncə toyların birində rep deməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Onun bu fərqli ifasını müsbət dəyərləndirənlərlə yanaşı, tənqid edənlər də olub.

 

Sfera.az-ın məlumatına görə, yazıçı Şərif Ağayar da məsələyə münasibət bildirib.

 

O bu barədə feysbuk hesabında yazıb: “Alim rep demir, ortaq bir ritm tutub səhnəyə çıxır, onu göstərir və düşür. O, intonasiyanın, ahəngin, ritmin mahir ustadıdır. Dəlilik həddində bilir və duyur.

 

İkincisi, rep oxusa belə eyib deyil. Elton Con sahildə konsert verib pianosunu yandırdı, indi deyək, yüngüllük edib? Nəhayətində Alim də bir sənət, bir şou adamıdır. Rep də deyə bilər, meyxana da, lap yanıltmac da. Məsələ bunda da deyil. Məsələ Azərbaycanın məşhur sənət adamlarının əksəriyyətinin mahiyyətcə manıs olmasındadır: ictimai mövqeləri yox, kitab oxumurlar, pul-parasını, ev-eşiyini, orden-medalını ver, qabağında “İnnabı” oynasın...

 

Bunun Manafı da belədir, Alimi də, Nəriman Həsənzadəsi də... Onurğası yoxdur Azərbaycan sənətçisinin. Amorfdur. Hər qaba doldura bilərsən. Bax əsl dərd budur. Bu dərdin qarşısında Alimin rep deməsi bunun yanında elə rep deməkdir”.


OXŞAR XƏBƏRLƏR

İsrail-İran gərginliyi - Azərbaycan üçün risklər hansılardır?

İsrail və İran arasında ciddi gərginlik yaranıb. Bu məsələdə Azərbaycanı düşündürən əsas məqam baş verənlərin ölkəmizə təsiri imkanları ilə bağlıdır.  &...

İsrailə səfər edənlərə MÜRACİƏT – “Bu qaydalara əməl edin!

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsrailə səfər edən vətəndaşlarımıza müraciət edib.   Sfera.az xəbər verir ki, müraciətdə İsrail Dövləti ...

"Səhiyyə xidmətlərinin əsas hissəsini TƏBİB həyata keçirir" - Nazir

"Ölkə ərazisində göstərilən dövlət səhiyyə xidmətlərinin əsas hissəsi icbari tibbi sığorta çərçivəsində TƏBİB-in qurumları tərəfindən həyata keçirilir"...

Sabahın hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında iyunun 14-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a ve...

"İpoteka kreditlərinin 78 faizi Bakının payına düşür" - Sahil Babayev

“Plenar iclas zamanı səsləndirilən fikirlərdən biri də ipoteka siyasətinin dəyişdirilməsi və onun paytaxtdan bölgələrə yönəldilməsi zəruriliyi ilə bağlıdı...

Sahil Babayev: “Təhsilə ayrılan xərclər beynəlxalq normativlərə yaxındır”

“Milli Məclisdə büdcə müzakirələri zamanı qaldırılan məsələlərdən biri də elm və təhsil xərclərinin ÜDM-də çəkisi ilə bağlıdır. Bizim 2024-cü ildə büdcəmi...