Vətəndaşların əmək hüquqlarını pozan şirkət cərimələndi

Vətəndaşların əmək hüquqlarını pozan şirkət cərimələndi

Vətəndaşların əmək hüquqlarını pozan daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib.

 

Şirvan şəhər prokurorluğundan Sfera.az-a verilən məlumata görə, “HŞ” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılıb.

 

Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 1 nəfərin Şirvan şəhəri ərazisində çoxmərtəbəli binalarda santexnik-fəhlə işlərinin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

 

Faktla bağlı Şirvan şəhər prokurorluğunda MMC və MMC-nin vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mil-Muğan Regional Şöbəsinə göndərilib.

 

Məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat və Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarı ilə MMC-nin vəzifəli şəxsi Şahbaz Hümbətov 3 min manat məbləğində inzibati cərimə edilib.


OXŞAR XƏBƏRLƏR

Milli Məclis iyunda daha bir iclas keçirəcək

Milli Məclisin növbədənkənar sessisiyası üzrə növbəti iclasının vaxtı açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova məlumat ...

Elektrik enerjisində sabit tarif tətbiq ediləcək - Yenilik

Elektrik enerjisiylə əlaqədar sabit aylıq tarif tətbiq ediləcək.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə ...

Deputatdan sabit tarifə etiraz: "Bu təcrübəni hansı ölkələrdən əxz etmişik ?"

"Vətəndaş qaz çəkilişi zamanı, mənzilə və evlərə çəkiliş haqqını ödəyir və sayğaca görə də ödəniş edir. Ödəniş də xeyli böyük rəqəmdir. Indi onlar sabit ta...

İran prezidenti xalqa müraciət edəcək

İran prezidenti Məsud Pezeşkian İsrailin İrana hücumu ilə əlaqədar tezliklə xalqa müraciət edəcək.   Sfera.az xəbər verir ki, bununla əlaqə...

İpoteka ilə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ!

Maliyyə naziri Sahil Babayev Milli Məclis üzvlərinin ipoteka şərtlərinə uyğun kontingentin 90 %-nin Bakı və Abşeronda yaşaması ilə əlaqədar ipoteka siyasətinin ...

İsrail-İran gərginliyi - Azərbaycan üçün risklər hansılardır?

İsrail və İran arasında ciddi gərginlik yaranıb. Bu məsələdə Azərbaycanı düşündürən əsas məqam baş verənlərin ölkəmizə təsiri imkanları ilə bağlıdır.  &...