Azərbaycana 8 milyondan çox həşərat gətirildi: Əsas səbəb nədir? – VİDEO

Azərbaycana 8 milyondan çox həşərat gətirildi: Əsas səbəb nədir? – VİDEO

 

Azərbaycana bu il 8 milyon 509 mindən çox həşərat gətirilib. İdxalın 95 %-i Rusiyanın payına düşüb. Mərakeşdən və Belçikadan da az həşərat gətirilməyib.
 

Maraqlıdır, 8 milyon həşərat ölkəyə hansı məqsədlə gətirilib?

 

Sfera.az “Baku TV”yə istinadən xəbər verir ki, mütəxəssislər bu həşəratların qida məqsədilə gətirildiyini istisna etmirlər.

 

Belə ki, Qərbi Afrika ölkələri, Çin, Yaponiya kimi Şərqi Asiya ölkələrinin mətbəxində də həşəratlardan təam kimi istifadə olunur. O ki qaldı 8 milyondan çox həşəratı Azərbaycana kim və hansı məqsədlə gətirib, bu barədə Gömrük Komitəsindən bildirilib ki, məsələ kommersiya sirri olduğu üçün heç bir məlumat verilə bilməz.

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) isə mövzu ilə bağlı sualları belə cavablandırıb:
 

"Bu faydalı həşərat və orqanizmlər elmi-tədqiqat, kənd təsərrüfatı və təbii ekosistemlərdə zərərvericilərə qarşı mübarizə aparmaq və ətraf mühitin sağlamlığının qorunması məqsədilə istifadə olunur. Bioloji mübarizə məqsədilə istifadə edilən bu həşəratların üstünlükləri ondan ibarətdir ki, kimyəvi mübarizədən fərqli olaraq bitkilərə qalıcı təsir göstərmir, ekoloji zərər vermir, torpağın münbitliyi qorunduğu üçün növbəti illərdə məhsuldarlıq artır. Bundan əlavə, ixrac üçün yetişdirilən məhsullarda pestisid qalığı riski sıfıra yaxın olur".
 

Ətraflı süjetdə:




OXŞAR XƏBƏRLƏR

Ayətullah Xamenei İsraili hədələdi: "İsrail bu cinayətinə görə ağır cəza alacaq"

İsrailin İran ərazisinə genişmiqyaslı hava hücumu nəticəsində çox sayda mülki şəxs və hərbçi şəhid olub.    Sfera.az Mehr agentliyinə istinadən ...

Milli Məclis Prezident və birinci xanımı təbrik edib

Milli Məclis 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.  ...

İlham Əliyev: Azərbaycanın səhiyyə sistemi bu gün yüksək hazırlıqlı kadr potensialına malikdir

Azərbaycanın səhiyyə sistemi bu gün müasir müayinə və müalicə üsulları üçün kifayət qədər geniş imkanlar yaradan zəngin maddi-texniki bazaya və yüksək hazırlıql...

Milli Məclisin növbədənkənar sessiyasının iclası başladı

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb.   Sfera.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclası...

"Birbank"da “Birinci” tarifinə qoşul, bonuslar qazan!

Ölkənin ilk rəqəmsal bankı Birbank, innovasiya və sürət lideri “Bakcell”-lə əməkdaşlıq çərçivəsində ölkədə bir ilkə imza atır.  Belə ki, müştər...

İran nüvə danışıqlarını DAYANDIRDI

ABŞ və İran arasında nüvə danışıqlarının növbəti raundu baş tutmayacaq.   Sfera.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsiz...