Bakıda bu taksilər pulsuz imiş – Ödəniş etməyə bilərsiniz

Bakıda bu taksilər pulsuz imiş – Ödəniş etməyə bilərsiniz

Bakıda taksi xidmətləri ilə bağlı şikayətlər artır. Yalnız sərnişinlər deyil, sürücülər də narazılıq edirlər. Onlar bildirirlər ki, bir sifarişdə bir neçə ünvan qeyd edilir və bu, həm vaxt itkisi, həm də az gəlir deməkdir. Hətta bəzi hallarda sürücülər yalnız birinci ünvana qədər aparır, çatanda sifarişi yekunlaşdırırlar. Haqlı olaraq, bu da vətəndaşın etirazına gətirib çıxarır.

 

Sürücü sərnişini təyinat nöqtəsinə çatdırmadan sifarişi dayandıra bilərmi? Bu halda ödəniş edilməlidirmi?


 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı “globalinfo.az”a danışan nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, sürücülər taksi şirkətlərinin şərtlərini əvvəlcədən qəbul edirlər:


“Sürücü sifarişi yarımçıq yerinə yetirirsə, sərnişin ünvana çatdırılmadığı üçün ödəniş etməyə bilər. Bu, vətəndaşın hüququdur. Ümumiyyətlə, taksi sürücüsünün sifarişi şəxsi istəyi ilə və əsaslandırılmadan ləğv etməsi qayda pozuntusudur. Məsələ sərnişinin xeyrinə həll olunmalıdır”.

 

Ekspert bildirib ki, tərəflər hüquq və vəzifələrini bilməlidirlər:
 

 

“Təəssüf ki, sərnişinlərin çoxu bundan xəbərsizdirlər. Eyni zamanda, sürücülərin də öhdəlikləri və hüquqları var. Vətəndaş sifariş verdikdən sonra etik qaydalara əməl etməli, sifarişdən imtina edərkən və ya nəqliyyata əyləşdikdə sürücüyə qarşı hörmətli davranmalıdır. Əksər hallarda sürücü günahkar hesab edilsə də, bəzi araşdırmalar sərnişinin də qaydaları pozduğunu göstərir”.


OXŞAR XƏBƏRLƏR

Hansı daha güclüdür: İran, yoxsa İsrail - Müqayisə

İsrailin bu gün səhər saatlarında İranın nüvə obyektlərinə hava hücumu təşkil etdiyini açıqlamasının ardından Tehran da qısa müddət sonra cavab verəcəyini bəyan...

İran “Qisas” bayrağını qaldırdı – VİDEO

İranın Qum şəhərindəki Cəmkəran məscidində qırmızı bayraq qaldırılıb.   Sfera.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məluma...

İran ciddi zərbə alıb: "Nüvə razılaşması olmasa hücumlar davam edəcək"

Yaxın Şərqdə gərginliyi daha da alovlandıran mühüm bir hadisə baş verib. İsrail Hərbi Hava Qüvvələri İrana qarşı genişmiqyaslı hava hücumu həyata keçirib. &ldqu...

Türkiyədə zəlzələ oldu

Türkiyədə Sivas şəhərinin Gürün rayonunda 4 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.   ...

İrana hücumda ölən və yaralananlar sırasında vətəndaşlarımız da var? – RƏSMİ AÇIQLAMA

“İsrailin İrana hücumu nəticəsində zərər çəkmiş şəxslər arasında Azərbaycan vətəndaşının olması barədə qaynar xətlərə məlumat daxil olmayıb”. &nb...

Azərbaycanda bu şəxslərin maaşı 1100 manat OLDU – RƏSMİ

Bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 9,2 % artaraq 1...