Azərbaycanda sosial müavinətlərin 15 faizə yaxın artacağı GÖZLƏNİLİR

Azərbaycanda sosial müavinətlərin 15 faizə yaxın artacağı GÖZLƏNİLİR

Azərbaycanda bir sıra təqaüd və müavinətlərin artırılması gözlənilir.

 

Artımın məbləği ilə bağlı dəqiq məlumat verilməsə də, bununla bağlı hazırlıqlara başlanıldığı bildirilir.

 

Aylıq və birdəfəlik müavinət və təqaüdlər artacaq

 

"Sosial müavinətlər və təqaüdlərdəki artımlar həm aylıq, həm də birdəfəlik müavinət alan vətəndaşlarımıza şamil oluna bilər. Xüsusən də aylıq müavinət və təqaüd alan vətəndaşlarımızın dövlət büdcəsindən aldığı vəsaitin artırılması və bununla bərabər vətəndaşlarımızın sosial təminatını yaxşılaşdırması prioritetdir.

 

Sfera.az xəbər verir ki, bunu dövlət televiziyasına açıqlamasında deputat Vüqar Bayramov deyib.

 

Onun sözlərinə görə, sosial paket sosial müavinət və təqaüd alan vətəndaşlarımızı da əhatə edəcək. 

 

"Sosial müavinət və təqaüdlərdə artım minimum əməkhaqqı və pensiyanın artım faizinə uyğun olaraq həyata keçiriləcək. Rəqəmlər 10-15 faiz arasında dəyişə bilər". 

 

İqtisadçı Xalid Kərimli isə qeyd edib ki, ötən il minimum əməkhaqqı və pensiyaların artımı ilə bağlı olan qanunlara baxdıqda təxminən 15-16 faizlik artımın olduğunu görürük:

 

"Təxminən eyni məbləğ bu istiqamətdə də özünü göstərəcək". 

 

Ekspertlərin sözlərinə görə, dövlət büdcəsində 3 milyard manatdan çox profisitin yaranması nəzərdə tutulub, eyni zamanda vergi ödəmələrinin 5,7 faizin üzərində olması sosial müavinət və təqaüdlərin artırılmasına zəmin yaradır.


OXŞAR XƏBƏRLƏR