Fondun sədrinə yeni müşavir TƏYİN EDİLDİ

Fondun sədrinə yeni müşavir TƏYİN EDİLDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun sədrinə yeni müşavir təyin edilib.

 

Sfera.az-ın məlumatına görə, bu vəzifəyə Didavari Rövşən Tofiq oğlu gətirilib.

 

O, 2025-ci ilin may ayından etibarən Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin olunub.

 

O, 1993-1997-ci illərdə Ali Diplomatiya Kollecində Hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsili, 2008-2010-cu illərdə isə Qərb Universitetində Jurnalistika ixtisası üzrə magistratura təhsili alıb.

 

1991-1992-ci illərdə Bakı Dövlət Universitetinin nəşriyyatında cildçi-çapçı vəzifəsində çalışıb. 1992-1996-cı illərdə “Qayğı” Kooperativində müxtəlif vəzifələrdə çalışıb. 1997-2001-ci illərdə “Xalq qəzeti”nin İctimai-siyasi həyat şöbəsində baş müxbir kimi fəaliyyət göstərib. 2001-2002-ci illərdə “Media LTD” şirkətinin “Bizim əsr” qəzetində analitik şöbədə müxbir vəzifəsində çalışıb.

 

2003-2006-cı illərdə Bakı-Tbilisi-Ceyhan Cənubi Qafqaz Boru Kəmərləri layihəsində, “Consolidated Contractors International CO (CCIC)” şirkətinin Nəqliyyat departamentində koordinator kimi fəaliyyət göstərib.

 

2006-2020-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mərkəzi Aparatında İctimaiyyətlə Əlaqə İdarəsinin Mətbuat xidməti şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. 2021-2022-ci illərdə AMEA Tarix İnstitutunun Tərcümə və nəşriyyat işləri şöbəsinin müdiri kimi fəaliyyət göstərib. 2022-ci ildə AMEA Tarix İnstitutunun Elmi informasiya şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb.

 

2022-2023-cü illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Müraciətlərə baxılması departamentinin Qəbul şöbəsində mütəxəssis, 2023-2024-cü illərdə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın Müraciətlərə baxılması departamentinin Yazılı müraciətlərə baxılması şöbəsində aparıcı mütəxəssis vəzifəsində çalışıb.

 

2024-2025-ci illərdə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın Müraciətlərə baxılması departamentinin Hərbi rütbəli şəxslərin müraciətlərinin cavablandırılması şöbəsində böyük mütəxəssis kimi fəaliyyət göstərib.


OXŞAR XƏBƏRLƏR

Bu ərazidə işıq olmayacaq

Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə elektrik naqillərinin yenilənməsi ilə əlaqədar iyunun 13-də elektrik xət...

Bakıda məşhur kafe 3 milyona satışa çıxarıldı

Bakının Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən "Şəki” kafesi satışa çıxarılıb.   Sfera.az "iqtisadiyyat.az"a...

Təlimçisini öldürüb sirkdən qaçan filin ürəkağrıdan hekayəsi

Sirkdə yaşamağa məcbur olan Tayk adlı fil körpə ikən qaçırıldığı gündən bəri heç vaxt azadlıq bilməyib. O, ömrünün 21 ilini qəfəslərdə, qışqıraraq, döyülərək ke...

Kilolu olduğuna görə heç kimin öldürə bilmədiyi qanqster: Peter Çiodo

Peter Çiodo 1980-ci illərin sonlarında Nyu-Yorkun aparıcı qanqsterlərindən biri idi. O qədər kökəlmişdi ki, sui-qəsd zamanı bədənindəki piylər onu hətta güllələ...

Kosmosa göndərilən şimpanze: NASA qəhrəmanının kədərli hekayəsi

1961-ci ildə kosmosa göndərilən Ham adlı şimpanzenin bəşər tarixində unudulmaz yeri var. Amerikanın ilk astronavtını kosmosa göndərməzdən əvvəl həyata keçirilən...

Tanınmış futbolçu Dubayda həbs olundu

Dubay polisi Niderland millisinin sabiq futbolçu Kvinsi Promesi öz evində həbs edib.     Məlumata görə, həbs idmançının Niderlanda ekstradisi...