DYP-dən skuter sürənlərə XƏBƏRDARLIQ

DYP-dən skuter sürənlərə XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi (DYP) İdarəsi skuterlə hərəkət edənlərə xəbərdarlıq edib.

 

Sfera.az xəbər verir ki, xəbərdarlıqda deyilir:

 

"Son illər ölkəmizdə skuter və digər elektrikli fərdi hərəkət vasitələrindən istifadə hallarında əhəmiyyətli artım müşahidə olunur. Lakin bu nəqliyyat vasitələrində hərəkət edən bəzi şəxslərin yol hərəkəti qaydalarına laqeyd münasibəti onların özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir.

 

Skuterlərfın istifadə zamanı ən çox rast gəlinən qayda pozuntuları sırasında aşağıdakılar yer alır:

 

- bir skuterdə iki nəfərin hərəkət etməsi (bu, balans itkisi və qəza riskini artırır);
- piyada səkilərində və zolaqlarında yüksək sürətlə hərəkət;
- işıqfor və yol nişanlarının tələblərinə əməl edilməməsi;
- gecə saatlarında xəbərdaredici işıq və ya işarələrsiz hərəkət;
- azyaşlı və sürücülük bacarığı olmayan şəxslərin skuterlə yol hərəkətinə qoşulması.

 

Qeyd olunan bu cür davranışlar təkcə inzibati məsuliyyət doğurmur, eyni zamanda ağır nəticələrə səbəb ola biləcək qəzalara zəmin yaradır.


Bir daha xatırladırıq:
 

Skuter nəqliyyat vasitəsidir və onu idarə edən hər bir şəxs yol hərəkəti haqqında qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməlidir.

 

Unutmayaq: Bir anlıq məsuliyyətsizlik, ömürlük peşmançılığa səbəb ola bilər!"
 


OXŞAR XƏBƏRLƏR

Təyyarə qəzasında ölənlərin sayı 300-ü keçdi

Hindistanın "Air India" aviaşirkətinə məxsus "Boeing 787-8 Dreamliner" sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 310-dan çox in...

Attestata görə pul yığan sinif rəhbərinə xəbərdarlıq edildi - VİDEO

Bakı şəhər Təhsil İdarəsi 264 nömrəli tam orta məktəbdə IX sinifdə vəsait toplanması ilə əlaqədar araşdırma aparılıb.   Sfera.az xəbər verir ki, bu b...

“Bunlar boş şeylərdir” - Fərqanə Qasımova

Xalq artisti Alim Qasımovun toyda rep oxuması ilə bağlı görüntülər birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə əksəriyyət onu bu hərəkətlərinə görə tənqid edib....

Sağ qalan sərnişin qəzadan danışdı

Xəbər verdiyimiz kimi, Hindistanın qərbində qəzaya uğrayan “Air India” aviaşirkətinə məxsus “Boeing 787” təyyarəsinin bir...

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Bakının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (S...

“İranda sabitliyin pozulması bizim maraqlarımıza cavab vermir” - Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim...