Logo

Azərbaycanlı bu ölkədə polis rəisi təyin olundu

Azərbaycanlı bu ölkədə polis rəisi təyin olundu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda doğulan şəxs Rusiya Daxili İşlər Nazirliyinin Xabarovsk diyarında nəqliyyat üzrə yeni rəisi təyin olunub.

Sfera.az lent.az-a istinadla xəbər verir ki, bu vəzifəyə polis mayoru Emil Azadoviç Həsənov təyin edilib.

Emil Həsənov 1989-cu ildə Azərbaycan SSR, Bakı şəhərində anadan olub. 2011-ci ildə Rusiya Daxili İşlər Nazirliyinin Moskva Universitetini hüquqşünas ixtisası üzrə bitirib. O, 2013-cü ildə Daxili İşlər Nazirliyində işə başlayıb, Rusiyanın DİN-in Uzaq Şərq Federal Dairəsi üzrə yanğın təhlükəsizliyi müfəttişi vəzifəsindən başlayıb.

2015-ci ildən Rusiya Daxili İşlər Nazirliyinin nəqliyyat üzrə Vanino Xətt Şöbəsində xidmət edir və cinayət axtarış idarəsinin əməliyyatçısı vəzifəsindən polis rəisinin müavini vəzifəsinə (ictimai asayişin mühafizəsi üzrə) qədər yüksəlib. 2022-ci ilin yanvarından Rusiya Daxili İşlər Nazirliyinin nəqliyyat üzrə Vanino Xətt Şöbəsinin xətti şöbəsinin rəis müavini - polis rəisi vəzifəsində çalışır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR