Bu sektorda sabit tarif olacaq

Bu sektorda sabit tarif olacaq

Elektroenergetika sektorunda tarif tənzimləmələri istiqamətində sabit tarif tətbiq ediləcək.

 

 

Sfera.az “Qafqazinfo”a istinadən xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

 

Qeyd olunub ki, beynəlxalq təcrübədə elektrik enerjisinin tarif və qiymətlərinin tənzimlənməsi zamanı sabit tarifin tətbiqi halları mövcuddur. Sabit tarifin əsas mahiyyəti şəbəkəyə qoşulan istehlakçıların sabit xərc şəklində aylıq müəyyən vəsait ödəməsindən ibarətdir. Sabit tarif istehlak miqdarı ilə bağlı deyil, istehlakçı kateqoriyasından asılı olmayaraq tətbiq edilir və paylayıcı sistem operatorunun müəyyən xərclərinin qarşılanması üçün istifadə olunur.

 

Qanun layihəsi sabit tarifi elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi kimi təsbit edir.

 

Qanun layihəsində həmçinin sabit tarifin tətbiqi ilə bağlı elektrik enerjisi təchizatçısının və istehlakçının hüquq və vəzifələri, eləcə də sabit tarifin tətbiqindən irəli gələn məsələlər tənzimlənib.


OXŞAR XƏBƏRLƏR

Kəmaləddin Heydərov İtaliya səfiri ilə görüşdü

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lu...

"Google" Android 16-nın buraxılış tarixini açıqladı

"Google" yaxın günlərdə Android 16 əməliyyat sisteminin yekun versiyasını təqdim edəcəyini açıqlayıb.   Sfera.az  xəbər verir ki, &quo...

Kəmalə Günəşli toy sahibi ilə SAÇYOLDUYA ÇIXDI - Polisə apardılar

Sumqayıtda yerləşən "Park Palace" şadlıq sarayında keçirilən toy mərasimi mübahisə və fiziki münaqişə ilə nəticələnib.   Sfera.az xəbə...

Ən aqressiv 4 BÜRC - Hər an onlarla mübahisəyə hazır olun

Astrologiya insanların şəxsiyyət xüsusiyyətlərini formalaşdırmaqda bürclərin rolunu ön plana çıxarır. Bəzi bürclər sülhsevər və sakit olsalar da, digərləri fitr...

“Unibank”dan sahibkarlara yay hədiyyəsi - mikro kreditlərə 5%-dək endirim!

Bu yay biznesinizi daha da böyütmək istəyirsiniz? Elə isə “Unibank”ın “Yay kampaniyası” sizin üçündür. İstənilən fəaliyyət sahəsində çal...

Onlar imtahanda ən yüksək nəticəni göstərdilər

Xəbər verdiyimiz kimi, II və III ixtisas qrupları üzrə mayın 25-də keçirilmiş qəbul imtahanında yüksək nəticə göstərən abituriyentlər məlum olub.   S...