Şərurlu İsfəndiyar: “Mən niyə pul verməliyəm ona?”

Şərurlu İsfəndiyar: “Mən niyə pul verməliyəm ona?”

Xəbər verdiyimiz kimi, həbsdə olan iş adamı Emil Səməndərov “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovu (Şərurlu İsfəndiyar) xüsusi ittiham qaydasında məhkəməyə verib. Xüsusi ittihamçı Şərurlu İsfəndiyarın ona dələduz dediyi üçün ən ağır formada cəzalandırılmasını istəyir.

 

Sfera.az xəbər verir ki, bir neçə gün əvvəl keçirilən məhkəmə iclasında isə E.Səməndərov qarşı tərəfdən təzminat kimi 5 milyon manat tələb edib. Bu bəlkə də xüsusi ittiham qaydasında verilən şikayətlərdə bu günə qədər tələb olunan ən çox məbləğlərdəndir.

 

“Qafqazinfo” Şərurlu İsfəndiyarın təzminat tələbinə münasibətini öyrənib. İş adamı bildirib ki, qarşı tərəf onu qıcıqlandırmaq üçün bu yola əl atıb: “Emilin özünün heç xəbəri yoxdur. Onu müdafiə edənlər məni qıcıqlandırmaq üçün bu tələbi qaldırıb. Deyiblər İsfəndiyarı belə edəcəyəm, elə edəcəyəm, o da inanıb. Deyir o, hər yandan əli üzülən hər şeyə əl atır.

 

Görünür ki, kimlər üçünsə maraqlıdır. Mən niyə pul verməliyəm e ona? Hələ camaatı aldadıblar, mən ödəyirəm. Şikayətinin də heç bir əsası yoxdur. Boş-boş şeylərdir. İş adamıyam, min nəfər işçim var. Yalandan vaxtımızı alırlar. Nə Allahdan, nə başqa nədənsə qorxurlar. İnsandırlar da, hərəsi bir yolla pul qazanır”.


Qeyd edək ki, məhkəmə Şərurlu İsfəndiyarın xüsusi ittihamçıya münasibətdə dediklərinin təhqir və böhtan olduğuna dair rəy verilməsi üçün ekspertiza təyin edib.


OXŞAR XƏBƏRLƏR

Əmək hüquqlarını pozan şirkət 20 min manat cərimələndi

Masallıda əmək hüquqlarını pozan şirkət cərimələnib.   Bu barədə Sfera.az-a Masallı rayon prokurorluğundan məlumat verilib.   Bildiri...

Mask peşmandır: "Həddindən artıq irəli getdim"

Amerikalı milyarder iş adamı İlon Mask ABŞ Prezidenti Donald Tramp ilə son zamanlar yaşadığı gərginliklə bağlı sosial media platforması "X"də fik...

Türkiyədə miqrantlara qarşı əməliyyat - 1022 əcnəbi saxlanılıb

Türkiyənin Daxili İşlər naziri Əli Yerlikaya son iki həftə ərzində 51 vilayətdə keçirilən əməliyyatlar nəticəsində miqrant qaçaqmalçılığı ilə məşğul olan şəbəkə...

Əhaliyə ŞAD XƏBƏR – Yeni doğulan körpələrə verilən müavinət ARTIRILACAQ

Yanvar ayında minimum əməkhaqqı və minimum əmək pensiyasının məbləği artdıqdan sonra digər sosial müavinət və təqaüdlərin də artacağı gözlənilir. Bildiyimi...

Azərbaycanda müəllimlər qəzaya düşdü - Ölən var

Şəmkirdə minik maşının aşması zamanı ölən və xəsarət alanların adları məlum olub.   Sfera.az unikal.az-a istinadən xəbər verir ki, ölən şəxs avt...

11 iyun – Ümumdünya Əhali Günüdür: Əhali sayı 10 milyardı ötəcək

Hər il iyulun 11-i MT-nin təşəbbüsü ilə Ümumdünya Əhali Günü kimi qeyd edilir. Belə bir günün xüsusi qeyd edilməsində məqsəd əhali artımının bəşəriyyət üçün yar...